“Azərbaycan iyunun 12-28-də baş tutacaq 1-ci Avropa Oyunlarında 299 idmançı ilə təmsil olunacaq”.
Bu barədə Modern.az saytına Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.
O qeyd edib ki, idmançılarımız 20 idman növü üzrə müxtəlif kateqoriyalarda çıxış edəcək. Nazirlik rəsmisi hansı idman növü üzrə neçə idmançının yarışacağı barədə dəqiqləşmiş informasiya olmadığını deyib.
Avropa Oyunlarında 49 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançı yarışacaq.