Türkiyənin Bartin şəhərində bir qrup şəxs HDP binasına hücum edib.
Medianews.az-ın məlumatına görə, qrupdan bir neçə nəfər Yuxarı Çarşı səmtində yerləşən HDP binasının yanındakı tikiliyə çıxaraq qərargahın işıqlı reklamını parçalayıb. Partiya binasına hücum edən şəxslər daha sonra polislərə daş və saxsı parçaları atıb. Hadisə nəticəsində bir polis yaralanıb.
İşıqlı reklam lövhəsini sındıranlardan ikisi həbs edilib. Qrup daha sonra şüarlar səsləndirərək hadisə yerindən uzaqlaşıb.