asmaq_1555

Ötən gün Bakıda özünü öldürən kişinin intihar etməsinin təfərrüatları məlum olub. Mili.Az xəbər verir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsində 38 yaşlı Eldar Məmmədov intihar edib. O, atasına məxsus qarajda özünü asıb.

Rayon Polisindən Milli.Az-a bildirildi ki, E.Məmmədov bir müddət əvvəl həyat yoldaşından ayrılıb. Sonra onlar yenidən barışıblar. Lakin yenə münasibətləri alınmayıb və birdəfəlik boşanıblar. Boşanandan sonra isə onun xanımı ərə gedib.

Dünən isə E.Məmmədovun qarajda asılmış meyiti tapılıb. Onun heç bir maddi problemləri olmayıb, onu həyadan bezdirən səbəblə bağlı məktubu olmayıb. Ona görə də, özünə qəsd etməsində keçmiş həyat yoldaşının ərə getməsi ehtimal olunur.

Загрузка...