robot

Yeni android heyranedici mimikaya sahibdir.

Shanghai Shenqing şirkəti mobil texnologiyalar üzrə Pekin beynəlxalq konfransında yeni androidləri təqdim edib – Yanqyanq adlanan bu robot şirkətin əməkdaşının obrazı üzrə yaradılıb, Oxu.Az xəbər verir ki, bu barədə “Age of comp” yazır.

Yeni android heyranedici mimikaya sahibdir. Robot 43 hərəkət yerinə yetirə bilir, onların əksəriyyəti xırda hərəkətlərdir. Bu, Shanghai Shenqing tərəfindən təqdim edilən sayca dördüncü robotdur.

Ekspertlər yaxın günlərdə bu qəbildən olan robotların iri ticarət mərkəzlərində peyda olacaqlarını gözləyirlər. Onlar xidmət personalını əvəz edə və alıcılara yardım edə bilərlər.