Şimali Koreya lideri Kim Jong Un, xalası Kim Kyong Hui-ni zəhərləyib.
Bizimyol.info xəbər verir ki, bu barədə kod adı “Park” olan yüksək vəzifəli məmur məlumat verib. “Park”-ın bildirdiyinə görə hadisə keçən ilin 5 may tarixində baş verib. Lakin heç kim bu barədə məlumatlı deyil. Sadəcə xüsusi birlik olan “Birlik 974”-ün bundan xəbəri var.
Qeyd edək ki, Kim Jong Un, xalasının həyat yoldaşı Jang Song Taek-ni də 2013-cü ildə güllələtmişdi. Cənubi Koreya qəzeti olan “Chosun Ilbo”, keçən il Şimali Koreya liderinin xalasının ölüm xəbərini yayımlamışdı, amma bunun necə baş verdiyi barədə dəqiq məlumat yox idi. Qəzetin 1 il öncə yazdığına görə Kim Kyong Hui, ürək tutmasından vəfat edib. Bütün gerçəklər isə 1 il sonra məlum olub.