Загрузка...

240125

Rəqqasə Oksana Rəsulova Hindistanın DTV telekanalı ilə 3 illik müqavilə imzalayıb. Lent.az-ın məlumatına görə, bu barədə rəqqasənin özü “Əsl şou” verilişində danışıb: “Hindistanda DTV telekanalı ilə 3 illik müqaviləm var.

Bu səbəbdən mütəmadi olaraq Hindistana gedib gəlirəm. Əslində indi də orda olmalıyam. Çünki müqaviləm var. Çox sağolsunlar, anlayırlar ki, mən azərbaycanlıyam və vətənimə getməliyəm. Hazırda çəkiləcəyim filmlə bağlı işlər gedir. Adətən, seçimlərdə minlərlə insan iştirak edir. Lakin bu filmin kastinqi qapalı olduğu üçün təqribən 15 xanım özünü sınayır. Say az olsa da, biz gözləməliyik. Çünki son qərarı filmin rejissoru verəcək. Rejissor Hindistanda aktyordan daha da məşhurdur. Filmi hansı rejissorun çəkməsi çox önəmlidir. Belə də olmalıdır. Rejissor filmdə şefdir”.

O.Rəsulova həmçinin, Hindistanda qızların ona açıq-aşkar paxıllıq etdiyindən də söhbət açıb. “Hind qızları mənə paxıllıq edirdi. Yarışmada finala çıxanda mənimlə yanaşı 2 qız da var idi. Qızın birinin adı Minu idi. O, mənə açıq-aşkar paxıllıq edirdi. Üzümə deyirdi ki, mən istəmirəm Oksana qalib gəlsin. Hətta yarışmada aparıcı Minuya dedi ki, finaldan bir gün əvvəl sənə zəhər versək onu kimə verərsən. Dedi ki, Oksanaya”.

Rəqqasə onu da əlavə edib ki, bir ay sonra yenidən Hindistana gedəcək.