Загрузка...

isid

İraqın Ənbər, Səlahəddin və Mosul şəhərlərinə İŞİD-ə qarşı həyata keçirilən əməliyyatlarda 73 İŞİD-çi öldürülüb.

Medianews.az-ın məlumatına görə, Ənbər şəhərinə qarşı keçirilən əməliyyatın komandiri Məhəmməd Xələf bildirib ki, Ənbərin 5 müxtəlif səmtinə hava hücumu təşkil olunub. Nəticədə 29 İŞİD-çi ölüb.

Səlahəddin vilayətində təhlükəsizlik qüvvələri ilə İŞİD-çilər arasındakı atışmada isə 22 İŞİD üzvü öldürülüb.

Mosulda isə İŞİD-çilərin qərargah kimi istifadə etdiyi ev partladılıb. Partlayış nəticəsində 10 nəfər ölüb.

Tikritdə isə 12 İŞİD üzvünün öldürüldüyü bildirilib.