Çempionlar Liqasında yarımfinal mərhələsinin ikinci oyununda “Barselona” (İspaniya) öz meydanında Almaniya “Bavariya”sını darmadağın edib – 3:0.
Virtualaz.org bildirir ki, hər üç qol oyunun ikinci hissəsində vurulub.
İlk 45 dəqiqə meydan sahiblərinin tam üstünlüyü ilə keçsə də, “Bavariya”nın qapıçısı Manuel Noyerin inamlı oyunu hesabın açılmasına imkan verməyib.
Lakin ikinci hissədə qonaqların müdafiə xətti Lionel Messi ilə bacarmayıb. 3 dəqiqəyə iki qol vuran arqentinalı hücumçu Çempionlar Liqası tarixində ən çox qol vuran futbolçu olub. Messinin hesabında 77 qol var. O, ən yaxın izləyicisi Kriştianu Ronaldonu (76) 1 qol qabaqlayır.
Oyunda son nöqtəni isə hakimin əlavə etdiyi dəqiqələrdə Neymar qoyub: 3-0.
Cavab oyunu bir həftədən sonra Münhendə keçiriləcək.
Qeyd edək ki, yarımfinalın ilk oyununda “Yuventus” (İtaliya) “Real”ı (İspaniya) 2:1 hesabı ilə məğlub edib.