Загрузка...

693490

1-3 may tarixlərində “Jumeirah Bilgah Beach” otelində Baku Fashion Week moda həftəsi keçirilib.

“Qafqazinfo”nun buro247.az-a istinadən verdiyi məlumata görə, dizayner Gülşən Tağının “Black in White” adlanan yeni kolleksiyası təqdim olunub. Moda marafonunda qotik və klassik formalı axşam libasları təqdim edən Gülşən Tağı brendinin nümayişi böyük maraqla qarşılanıb.

Gülşən Tağı əsas yeri parçaların kəsiminə və materialların bir-biri ilə simfoniyasına verib. Kolleksiyanı unikal edən daha bir məqam bütün libasların əl işi olmasıdır.

Qeyd edək ki, Gülşən ATV-nin keçmiş prezidenti Tağı İbrahimovun qızıdır.