PKK lideri Abdullah Öcalan qarşıdan gələn parlament seçkilərində Xalqların Demokratiyası Partiyasının (HDP) toplayacağı səs faizinin proqnozunu açıqlayıb.
Medianews.az-ın məlumatına görə, bu barədə İmralı heyətinin üzvü Sırrı Sürəyya Öndər məlumat verib. O bildirib ki, Öcalan HDP-nin 12 faizdən çox səs toplayacağını proqnozlaşdırıb. Öndər qeyd edib ki, Öcalanın indiyə qədər verdiyi proqnozlar özünü doğruldub.
Öndər deyib: “Öcalanın proqnozuna görə, 12 faiz səs həddini keçəcəyik. Onun fikrində 12 faizdən az səs toplamaq ssenarisi yoxdur. İndiyə qədər olan seçkilərdə Öcalanın proqnozları həmişə düz çıxıb”.