“Slater and Gordon” hüquq firması Facebook, Twitter və digər sosial şəbəkələrin boşanma hallarının artmasına göstərdiyi təsiri müəyyən edən araşdırma aparıb.
Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, araşdırma zamanı dünyada hər 7-ci nikahın sosial şəbəkələrdən, o cümlədən Facebook və Twitter-dən dolayı dağıldığını müəyyən edib. Sosial şəbəkələrdən istifadə edən cütlüklər həyat yoldaşının sosial şəbəkəyə yerləşdirdiyi fotolara, yaxud şərhlərə görə boşanmaq istədiyini bildirib.
Bundan başqa, dünyadakı hər 5-ci cütlük sosial şəbəkələrdə həyat yoldaşının ona xəyanət edib-etməmədiyini araşdırdığını, hər 4-cü cütlük isə həftədə azı bir dəfə öz tərəf müqabili ilə internetdən istifadəyə görə mübahisə etdiyin bildirib.
“Slater and Gordon” şirkətinin rəsmisi Endryu Nyuberi boşanmalarda sosial şəbəkələrin rolunun artmaqda olduğunu bildirib:
“Hər il daha çox müştərimiz Facebook, Skype, Snapchat, Twitter, What’sApp və sosial şəbəkələrin boşanmasında rol oynadığı deyir. Sosial şəbəkələr nikahlar üçün yeni mina sahəsidir. Boşanma proseslərində vəkillər əsas arqument kimi sosial şəbəkələrdəki xəyanətə fotoları, video və yazışmalarını arqument kimi göstərirlər”.