Bakıda sərnişin avtobusu ağır yol qəzası törədib.
AzNews.az Lent.az-a istinadən xəbər verir ki, Nəsimi rayonu, Azadlıq prospektində “Çinar” MMC-yə məxsus olan və 88 saylı xətt üzrə hərəkət edən “Karsan” markalı, 90 TH 414 nömrəli avtobus 10-12 yaşlı oğlanı vurub. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən piyadanın həyatını xilas etmək mümkün olmayıb.
Araşdırmalar nəticəsində ölən piyadanın 2002-ci il təvəllüdlü Məmmədov Murad Həsən oğlu olması müəyyən edilib. Onu vuran avtobusun sürücüsü, Gəncə sakini Atayev Seymur Taryel oğlu polis bölməsinə aparılıb.
Qeyd edək ki, avtobusun vurduğu yeniyetmə orta məktəb şagirdi olub.
Faktla bağlı araşdırma aparılır.