Aksiya zamanı iştirakçılar polislərə daş atıblar.
ABŞ-da ana etiraz aksiyalarında iştirak edən oğlunu döyüb.
Oxu.Az xəbər verir ki, maskalı oğlan Baltimorda Freddi Qreyin ölümünə cavab olaraq keçirilən etiraz aksiyalarında və asayiş pozuntularında iştirak edib.
Aksiya zamanı iştirakçılar polislərə daş atıblar. Bu hadisələr yerli televiziya ilə birbaşa yayımlanıb. Oğlanın anası onu tanıyaraq aksiya keçirilən yerə yollanıb.
Qadın aksiyada iştirak etdiyi və polislərə daş atdığı üçün əsəbi halda oğlunu döyməyə başlayıb.
Tragikomik hadisəni videoya çəkiblər.
Həmin görüntüləri təqdim edirik: