Müasir cəmiyyətlər sürətlə dəyişilir. Bu dəyişiklik əsrlərlə qorunub-saxlanan ənənələrin pozulmasına, yaxud deformasiyaya uğramasına səbəb olur. Bunu xüsusən ailə institutunun müxtəlif xarakteristikalarında, ö cümlədən nikaha girmə yaşının artmasından görmək olar. Qızlar üçün ənənəvi 18-22 və oğlanlar üçün 20-26 yaşda nikaha girmək təcrübəsi tədricən keçmişdə qalmağa doğru gedir.
Nikah yaşının “qocalması” XX əsrin 60-cı illərindən bu prosesi yaşayan Avropa və Şimali Amerika dövlətlərində deyil, son illərdə həm də Qafqaz (o cümlədən Azərbaycan), Şimali Afrika və Yaxın Şərq bölgələrində də müşahidə olunur.
Modern.az saytının məlumatına görə, dünyada vətəndaşları nikaha ən gec daxil olan ölkəİsveçdir. İsveç kişilərinin nikaha girmə yaşı 35,1, qadınlarda isə 33,1 yaş təşkil edir.Azərbaycanda isə nikaha daxil olma yaşı kişilərdə 27,6 təşkil edir. Eyni göstərici qadınlarda 23,6 yaşdır.
Dünyada vətəndaşları ən tez nikaha daxil olan ölkələr isə Nigeriya, Çad, Mozambik, Mərkəzi Afrika Respublikası, Madaqaskar, Malavi, Mali, Boliviya, Nepal və Sudandır. Bu ölkələrdə qızlar üçün orta nikah yaşı 16,1 -18, oğlanlar üçün isə 18,7-21,3 yaş təşkil edir.
Dünya ölkələrində nikaha girmə yaşı ilə bağlı statistikanı təqdim edirik.
Ölkələr Kişilər üçün Qadınlar üçün
1. İsveç 35,1 33,1
2. İspaniya 33,8 31,7
3. Norveç 33,5 31.4
4. Hollandiya 33,1 30,4
5. İslandiya 34,6 32,7
6. Yunanıstan 32,5 29,6
7. Almaniya 33,5 30,7
8. Fransa 31,8 30
9. Danimarka 34,8 32,2
10. Çexiya 32,4 29,6
11. Belçika 32 29,6
12. Belarus 26,6 24,5
13. Avstriya 32,2 29.8
14. Finlyandiya 33,1 30,9
15. Ukrayna 27,1 24,5
16. Türkiyə 26,6 23,3
17. ABŞ 29 27
18. Kanada 31,1 29,1
19. İndoneziya 25,7 22,3
20. Ermənistan 28,6 24,5
21. Tayvan 32 29,7
22. Hindistan 26 22,2
23. İran 27,4 22,1
24. İsrail 31,5 28,8
25. Yaponiya 30,9 29,3
26. Cənubi Koreya 32,2 29,6
27. Tacikistan 26,2 22,4
28. Qazaxıstan 26,8 24,1
29. Malayziya 28 25,7
30. Özbəkistan 25,2 22,4
31. Avstraliya 29,8 28,1
32. Qırğızıstan 26,7 25,1
33. Monqolustan 26,2 24,2
34. Sinqapur 30 28,5
35. Livan 32,8 28,8
36. Küveyt 27 27
37. Çin 24,6 22,3
38. Serbiya 30,5 27,4
39. Meksika 29,1 26,3
40. Bosniya və Hersoqovina 29,1 25,9