92460_src

Bakıya 1 milyon dollarlıq avtomobil gətirilib.

Oxu.az xəbər verir ki, şahidlər lüks avtomobilin fotolarını paytaxt küçələrinin birində çəkiblər.

Fotodakı qiyməti bir milyondan (dollar) çox olan “Bugatti Veyron Mansory linea vincero d’oro” avtomobilidir. Avtomobil tuninq edilib.

“Sportcar”-ın orta qiyməti 1 milyon 250 min ABŞ dollarıdır.

“Bugatti Veyron” avtomobilinin maksimal sürəti 431 km/s təşkil edir.

7993 см³ (8 litr) mühərriklə təchiz olunmuş bu modellər 1020-1040 at gücünə malikdir.

Avtomobil 100 km/s sürəti 2.5 saniyəyə yığır.

Qeyd etmək lazımdır ki, “Bugatti Veyron”-un yaranma tarixi 1999-cu ildə EB 18/3 Chiron konseptinin təqdim edildiyi Tokio avtosalonunda başlayıb. Nümunə 2001-ci ildə Cenevrə avtosalonunda ictimaiyyətə təqdim edilib. Yeni adını isə Veyron, 1939-cu ildə Bugatti avtomobilin “Le-Mana 24 saat” yarışında qələbə qazanmış fransız Pyer Veyronun şərəfinə alıb.

2005-ci ilin sentyabrında fransız şəhəri Molsaymda yerləşən zavodda ilk superkar istehsal edilib.

Ümumilikdə 450 maşın yığılıb və artıq satılıb. 2013-cü ilə qədər “Bugatti Veyron” dünyada ən sürətli seriya avtomobili idi.

Avtomobilin istehsalı artıq dayanıb.

92459_res_01 92460_src