1358540080_hava

Əsasən yağmursuz hava müşahidə olunacaq

Bakıda və Abşeron yarımadasında aprelin 28-də hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a bildirilib ki, əsasən yağmursuz hava müşahidə olunacaq. Səhər duman olacaq və şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 18-23, bəzi yerlərdə 25 dərəcə isti olacaq.

Rayonlarda sabah bəzi yerlərdə şimşək çaxacaq, qısa müddətli yağış yağacaq. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 18-23, bəzi yerlərdə 27 dərəcə isti olacaq. Dağlarda gecə 1-6, gündüz 12-17 dərəcə isti olacaq.

Загрузка...