“Planet Parni iz Baku” KVN teatrının “Bakı 2015” İlk Avrpa Olimpiya oyunları ilə bağlı “Hamı AvrOppalara” adlandırılan iki günlük konsert proqramı baş tutub.
AZXEBER.COM-un məlumatına görə konsertdə bir çox mövzulara toxunan kvn-şiklərin növbəti hədəfi millət vəkili Hadı Rəcəbli olub.
Milli Məclis səhnəciyi zamanı “Müəllim dolana bilmirsə, işdən sonra daş da hörsün ” fikrini irəli sürən millət vəkilinin sözlərini “Yatmaq biz deputatların işidir, işləmək müəllimlərin” ifadəsi ilə əvəz ediblər. Daha sonra isə səhnə zamanı “Sakit olun Hadı müəllim, yatan var axı” kimi ifadələr də səsləndirilib.
Həmin görüntüləri təqdim edirik: