Rəsmi Moskva Türkiyə və Ermənistan arasında əməkdaşlığın inkişaf etdirilməsi barədə sənədin qüvvəyə minməsi üçün yardım edəcək.
AzVision.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
“Biz Ermənistan-Türkiyə əlaqələrinin normallaşmasını, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsini, bununla da Ermənistan-Azərbaycan münasibətlərinin normalaşdırılmasının tərəfdarıyıq. Biz bunun üçün xeyli işlər görürük”, – deyə Rusiya XİN rəhbəri vurğulayıb.
Lavrovun sözlərinə görə, Rusiya bir neçə il əvvəl Ankara və Yerevanın təşəbbüsü ilə başladılan sərhədlərin açılması, ölkələrin bir-birini tanıması və əməkdaşlığın inkişafı barədə sənədin hazırlanması prosesini dəstəkləyib: “Təəssüflər olsun ki, sənədlər imzalansa da, qüvvəyə minmədi. Çünki, sənəd Türkiyədə ratifikasiya edilmədi. Lakin biz bu prosesin baş tutması üçün aktiv şəkildə işləyəcəyik”.
Lavrov həmçinin vurğulayıb ki, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli vaxtının çoxdan çatdığını vurğulayıb: “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Rusiya çox şey edir və bu istiqamətdə işləməkdə davam edirik ki, mürəkkəb olan bu münaqişənin düyünün açılması yolunu tapaq. Biz ABŞ və Fransa ilə birlikdə ATƏT-in Minsk qrupu çərçivəsində işləyirik. Müntəzəm olaraq Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşürük. Bizim prezident də Azərbaycan və Ermənistan liderləri ilə görüşlərində bu məsələni müzakirə edir. Ümid edirəm ki, bundan sonrakı əlaqələr bu problemin həllini tezləşdirəcək. Düşünürəm ki, artıq problemin həllinin vaxtı çoxdan yetişib”.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.