maral tahirqizi 0202

Bu gün Xətai Rayon Məhkəməsində müğənni Maral Tahirqızının növbəti məhkəməsi keçirilib
Bu barədə ölkə.az-a Maral Tahirqızı özü məlumat verib. Sənətçi işi aparan hakim İbrahim İbrahimlidən narazı olduğunu bildirib:

“Hakimin dəyişdirilməsini istəyirik. Çünki işə yaxşı baxmır, vəsatətlərimizi təmin etmir. Soruşuram ki, polis əlində heç bir sənəd olmadan mənim evimdə necə axtarış apara bilər? İmkan vermir çıxış edim. Əgər məsələ həllini tapmasa, Avropa Məhkəməsinə qədər gedəcəyəm. Evimizin yanında kameralar var. Açılsın, görülsün ki, polis ora necə gəlib, necə gedib. Çox xahiş edirəm, bu fikrimi olduğu kimi verəsiniz”.

Qeyd edək ki, aprelin 24-də sözügedən məsələylə bağlı növbəti proses keçiriləcək. Xatırladaq ki, son zamanlar sosial şəbəkələrdə paylaşdığı fotolarla və statuslarla populyarlaşan müğənni Maral Tahirqızı Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) və 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddələri ilə ittiham olunur.

loading...