Avropa Elm Fondu nəhəng bir vulkan püskürməsi nəticəsində bəşəriyyətin sonunun gələ biləcəyini iddia edib.
Medianews.az-ın məlumatına görə, bu barədə fondun internet saytında məlumat yer alıb. Həmin məlumata əsasən dünyanı təhdid edən fəlakətləri araşdıran alimlər belə bir qərara gəliblər ki, bir vulkan püskürməsi bütün bəşəriyyətin sonu ola bilər. Məlumatda həmçinin bildirilib ki, əsrin sonuna qədər nəhəng bir vulkanın püskürmə ehtimalı 5-10 faizdir. Alimlər 1815-ci ildə İndoneziyada püskürən vulkan nəticəsində təxminən 100 min adamın öldüyünü xatırladıb.
Həmçinin qeyd edilib ki, vulkan püskürməsi nəticəsində hava kirlənir və müxtəlif qulaq, göz, boğaz xəstəlikləri yayılmağa başlayır.
http://s015.radikal.ru/i330/1504/e9/c184972cc00d.jpg
http://s010.radikal.ru/i311/1504/3e/cb1f6e18125a.jpg