Atatürk hava limanının uçuş zolağı itlər üzündən bağlanıb.
Medianews.az-ın məlumatına görə, bir müddət təyyarələr havaya qalxa bilməyib. Sürixdən İstanbula gələn təyyarə Atatürk hava limanına yaxınlaşaraq eniş etməyə başlayıb. Təyyarənin pilotu eniş meydançasına itlərin yığıldığını görüb. Pilot vəziyyəti hava limanının nəzarət qülləsinə bildirib. Təyyarənin enməsinə icazə verilməyib.
THY itləri meydançadan çıxarmaq üçün xilasedici xidmətdən kömək istəyib.