Türkiyənin İzmir şəhərinin Torbalı rayonunda AKP gənclik təşkilatının sədri Aydın Soyuqçeşme intihar edib.
Medianews.az-ın məlumatına görə, intiharın səbəbləri hələ ki, məlum deyil. İlkin məlumatlara əsasən A. Soyuqçeşmə həyat yoldaşına zəng edərək halallıq istəyib. O, daha sonra tapançasını gicgahına dayayaraq tətiyi çəkib. 28 yaşlı mərhumun 1 uşağı olduğu bildirilib. Hadisə yerinə gələn polislər araşdırma aparıb. A. Soyuqçeşmənin cəsədi tibbi ekspertizaya göndərilib.
AKP Torbali rayon təşkilatının sədri Həsən Akbıyık mərhuma rəhmət diləyib və hadisədən sarsıldıqlarını bildirib.