İraq İslam Şam Dövləti (İŞİD) Liviyada tutulan 30 Efiopiya əsilli xristianı edam edib. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, İŞİD edam görüntülərini internet vasitəsi ilə yayıb.
29 dəqiqə davam edən videoda efiopiyalılar iki qrupa bölünərək edam olunur. Məlumata görə, öncə 12 nəfərin başı kəsilir, daha sonra 18 nəfərin başına atəş açılır.