90871_res_01

Ukraynada son 2 sutkada 3-cü jurnalist qətlə yetirilib.

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Xmelnitsk vilayətində “Neteşinski Vestnik” qəzetinin baş redaktoru Olqa Moroz qətlə yetirilib. Yerli mətbuat jurnalistin üzərində zorakılıq əlamətləri olan cəsədinin mənzilində aşkar olunduğunu xəbər verir.

35 min sakini olan Neteşin şəhərində baş verən cinayət faktı ilə bağlı Ukrayna polisi hərəkətə keçib.

Qeyd edək ki, ötən gün Ukraynada jurnalistlər Oles Buzina və Sergey Suxobok da naməlum şəxslər tərəfindən öldürülüblər.

Загрузка...