ABŞ-da “CBS Sports” kanalının müxbiri Allie LaFors canlı yayım zamanı sürprizlə qarşılaşıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, jurnalist basketbol matçından öncə stand-up edərkən fanatlarından biri ona yaxınlaşaraq qarşısında diz çoküb. O, Allieyə evlilik təklifi edərək barmağına üzük taxıb.
Təəccübünü gizlədə bilməyən müxbir “Aman Allahım, sən nə edirsən? Mənə evlilik təklifi edir”deyib.
Operator isə bu vəziyyətə “O, sənin ərin olmağa hazırlaşır” zarafatı ilə münasibət bildirib.