Azərbaycanda cari il ərzində 2,1 min boşanma halı qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
2015-ci il mart ayının 1-i vəziyyətə görə, cari ilin iki ayı ərzində rəsmi orqanlar tərəfindən ölkədə 11,1 min nikah və 2,1 min boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 7,2, boşanmaların sayı isə 1,4 təşkil edib.