Hadisə nəticəsində «Mersedes»in qabaq parpresi əzilib, sürücünün yaralandığı bildirilir.
Axşam.az-ın avtosfer.az-a istinadən məlumatına görə, axşam saatlarında Bakıda başlayan güclü külək bir sıra fəsadlar törədib. Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində isə elektrik dirəyi hərəkətdə olan avtomobilin üzərinə aşıb.
Küləyin təsirindən Azərbaycan Müəllimlər İnstitutunun qarşısında elektrik dirəyi hərəkətdə olan «Mersedes» markalı bahalı avtomobilin üzərinə aşıb. Hadisə nəticəsində avtomobilə ciddi ziyan dəyib, qabaq parpres və digər detallar əzilib. Avtomobilin sürücüsünün də xəsarət aldığı bildirilir.