Aktrisa Pərvin Abıyeva yaradıcılığındakı yeniliklərlə bağlı xəbər verib.
Axşam.az-ın əməkdaşı ilə söhbətində o, bir daha Azərbaycanda seriala çəkilməyəcəyini bildirib:
“Serial tanınmağım üçün bir vasitə idi. O mərhələni keçdim. Türkiyədən seriala çəkilmək təklifləri almışam. Hazırda danışıqlar aparılır. Şərtlər uyğun olsa, razılaşacam”.
P.Abıyeva heç vaxt model kimi fəaliyyət göstərməyəcəyini də bildirib:
“Bədən ölçülərim və boyum modellik etməyə imkan verir. Amma model sözünə nifrət edirəm və heç vaxt özümü bu peşədə görmürəm”.
Son vaxtlar açıq-saçıq geyimləri ilə gündəmə gələn və qınaq obyektinə çevrilən aktrisa ona irad tutanlara da cavab verib:
“Hər şeyin ağını çıxarıblar. Başa düşmürəm ki, millətə nə lazımdır. Yazımın altından qeyd olunan şərhləri oxuyanda ətim tökülür. Efir adamıyam, açıq da, qapalı da geyinə bilərəm. Bunun heç kimə aidiyyatı yoxdur. Libası yerinə uyğun geyinmişəm. Gündəlik həyatımda açıq libasla dolaşmıram ki…”.