Portman

Ukraynanı dəstəkləyən amerikalı senatorlar bu ölkəyə silah verilməsi üçün səylərini artıracaqlar. Bu, 2015-ci ilin 1 oktyabrından etibarən başlayan növbəti parlament ilində baş verəcək.

Medianews.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə Ukraynada mətbuat konfransı keçirən senator Pob Portman məlumat verib.

“Mən şəxsən buna çalışacağam”, – Portman deyib.

Senator Rusiyaya qarşı sanksiyaların uzadılması təşəbbüsünə dəstək verəcəyini də bildirib: “Rusiya öz silahlı qüvvələrini Ukraynadan çıxarmasa, Ukrayna sərhədlərinin toxunulmazlığını qəbul etməsə, ona qarşı iqtisadi sanksiyalar uzadılacaq. İstənilən başqa variant mümkün deyil. Biz unutmamalıyıq ki, Rusiyaya qarşı sanksiyalar onun Ukraynanın şəqrində irəliləməsindən sonra yox, Krımın ilhaqından sonra tətbiq edilib”.

Pob Portman onu da bildirib ki, Ukraynanın Rusiya bazarından asılılığını azaltmaq lazımdır.

Senator Ulraynanın prezidenti, baş naziri, parlamentin sədri ilə görşlər keçirib.

Загрузка...