ABŞ-da idmançıları daşıyan xüsusi təyyarə qəzaya düşüb. Nəticədə təyyarədə olanların hamısı həlak olub.
Aznews.az xəbər verir ki, idmançılar Amerika Universiteti İdmanı Federasiyasının (NCAA) basketbol yarışından geri qayıdırmış.
Hadisə ABŞ-ın İllinoys ştatında qeydə alınıb. “Cessna 414” tipli təyyarədə olan 7 nəfər məşqçi və idmançının hamısı həyatını itirib.
Təyyarə İllinoys ştatının Indianapolisten hava limanından qalxdıqdan qısa müddətdən sonra Bloomington şəhəri yaxınlığında yerə düşüb.
Qəza ilə bağlı istintaq başlayıb.