Загрузка...

ulker hamlet

Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının döyülən qızının növbəti videosunda tanınmış isim yer alıb.

Axar.az xəbər verir ki, Ülkər İsayevanın iştirak etdiyi mühazirəyə ali məktəbin müəllimi olmuş Ağalar Məmmədov da qatılıb. Filosof Ziqmund Freydin psixoanalizi barəsində müzakirələrdə A.Məmmədovun suallarını Ü.İsayeva cavablandırır.

Hazırda İsveçrəyə köçən müəllifdən əlavə digər universitet müəllimləri də polemikaya qoşulurlar. Psixologiya və fəlsəfə mövzusunda yetərincə biliklərə malik olan rektor qızının ictimai yerdə, saat 04 radələrində tanışları tərəfindən döyülməsi onun reputasiyasına ciddi zərbə vurub.

Xatırladaq ki, martın 8-dən 9-na keçən gecə, saat 04 radələrində Ülkər əvvəlcədən tanıdığı şəxslər tərəfindən küçədə döyülüb. Onu döyməkdə təqsirləndirilən Zaur Məmmədov barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. H.İsaxanlı mətbuata açıqlamasında övladının döyülməsi xəbərini təkzib edərək videoda görünən xanımın Katya adlı qız olduğunu bildirib.