hicablii

“Hər bir insan həyatda yaşayırsa, onun günahlardan və səhvlərdən qaçması mümkün deyil. Ancaq insanlar özləri bilərəkdən özlərini günaha və səhvə alışdırırlar. İndi yaşadığımız cəmiyyətdə elələri var ki, həqiqətən də bir müddət etdikləri haqsızlıqları, günahları, insanların mallarına göz qoymaları, onlardan haqsız yerə rüşvət almlarını adi qəbul edirlər. Bir müddətdən sonra qəlblərində qalan imanın kökü onları düşünməyə vadar edir və dərhal pis əməllərindən əl çəkib yaxşı işlərə yönəlirlər.”

İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənovun sözlərinə görə, bir çoxları isə başqalarına zülm etdikdən sonra dindar roluna girərək özünü təmizə çıxarmaq istəyir: “Belələri haqqında uca Allah Qurani Kərimdə buyurub ki, onların qəlbi var, ancaq onunla düşünmürlər, gözləri var, ancaq onunla həqiqətləri görmürlər.

Allah təala belə insanların qəlbini pərdələməyi Quranda bizə xəbər verib. Çünki belə insanlar din pərdəsi altında etdikləri zülmləri gizlətmək istəyirlər. Ancaq bu dinimizdə münafiqlik əlaməti olaraq bildirilib. Allah Rəsulunun vaxtında da belə İslam cildinə girən insnalar var idi. Sadəcə Peyğəmbər onları üzlərindən tanıyır və onlar haqqında Allah təala tərəfindən xəbərdarlıq alırdı. Amma bunu bizim kimi adi insanlar sezə bilmirlər. Sezə bilmədikləri üçün də onları da müsəlman hesab etmək və müsəlmanlarla bilrikdə olan müamilələri onlara da aid etmək lazımdır.”

İlahiyyatçı qeyd edib ki, dövrümüzdə bir çox hallarda insanlar başqalarının mallarını haqsız yerə mənimsəyir, onlara zülm edir, daha sonra isə özünü təmizə çıxarmaq üçün dindar roluna girir. Bir müddət ara sakitləşdikdən sonra yenə də öz köhnə əməllərinə davam etməyə başlayır: “Belələri haqqında Allah təala ayələr nazil edib və onları bağışlamayacağını bildirib.”

Загрузка...