Bakıda övlad gözləyən ailənin ümidləri ölüb. Çünki onların 9 ay gözlədiyi körpə ölü doğulub.
Mili.Az xəbər verir ki, ölüm hadisəsi Qaradağ rayonunda baş verib. Lökbatan qəsəbəsində yerləşən 4 saylı Doğum Evində Gülnur Şahverdiyevanın dünyaya gətirdiyi uşaq ölü olub.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.