Atatürkün ölümünün sirr pərdəsi açılır.
Sənədlər 77 ildir ki, sadəcə qulaqdan qulağa danışılan “Atatürk zəhərləndi” iddiasının gerçək olduğunu və “sui-qəsdin” İsmət İnönü tərəfindən hazırlandığını ortaya çıxarır.
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı “Yeni Şafak” qəzeti yayıb.
Məlumata görə, 77 ildir ki, təkcə dost məclislərində gündəmə gələn “Atatürk ölmədi, zəhərləndi” iddialarına dair tarixi sənədlər ortaya çıxdı. 57 yaşında həyatını itirən Atatürkün öz əcəli ilə ölmədiyinə, zamanın qüdrətli rəhbərləri və həkimləri tərəfindən zəhərləndiyinə dair iddialar zaman-zaman ifadə edilsə də bu, öz təsdiqini tapmamışdı.
“Yeni Şafak” qəzetinin əldə etdiyi sənədlər zəhərlənmə hadisəsinin həqiqi olduğunu, şəxsən İsmət İnönü tərəfindən hazırlandığını ortaya çıxarır.
DNT TESTİ KEÇİRİLSİN
Son olaraq Baş nazir Bülənd Ecevitin həkimi Mücahid Pəhləvan “Atatürk zəhərləndi” deyərək qəbrin açılmasını və Mustafa Kamalın nəşinə DNT testi keçirilməsini təklif etmişdi. Keçən həftə Fətullah Gülənin 1960-1970-ci illərdəki münasibətlərini sənədlərlə ortaya çıxaran “Yeni Şafak” Atatürkə qarşı sui-qəsd dosyesini da açır. Mərkəzində 2-ci prezident İsmət İnönü, CHP-nin Baş katibi Qasım Gülək ilə daxili işlər nazirləri Şükrü Kaya və Hifzi Oğuz Bekatanın olduğu yazışmalar Türkiyəni dərindən sarsıdacaq və ciddi diskussiyalara mövzu olacaq.
“HƏR ŞEY YOLUNDA, NARAHAT OLMAYIN”
İlk sənəd daxili işlər naziri Şükrü Kayanın 30 iyun 1938-ci ildə, yəni Atatürkün ölümündən 4-5 ay əvvəl İsmət İnönüyə göndərdiyi yazıdır.
Kaya yazıda “Təyin etdiyimiz həkim vəzifəsini layiqincə yerinə yetirəcək” deyib.
SİZİ RƏİS GÖRMƏK İSTƏRDİK
“Hər şey yolundadır və və qaydasında gedir. Sizləri Cümhur başkanı kimi görmək arzusundayıq. Hörmətlə, əlinizdən öpürəm”.
XARİCİLƏR UZAQLAŞDIRILDI
Məktuba görə Atatürk həkimlərdən şübhələndiyi üçün əcnəbi həkimləri özündən uzaqlaşdırır və “Məni türk həkimlərinə əmanət edin” göstərişini verir.
CHP-nin keçmiş daxili işlər naziri Şükrü Kaya İnönüyə göndərdiyi məktubda Atatürkün yanına yerləşdirilmiş həkimin vəzifəsini layiqincə yerinə yetirəcəyindən bəhs edir, “Sizləri tezliklə Cümhur başkanı görəcəyik” deyir.
Atatürkün zəhərləndiyi iddialarını möhkəmləndirən sənədin tam mətni bu şəkildədir:
“Çox dəyərli böyüyüm, İsmət İnönü. Cümhur başkanının xəstəliyi gün keçdikcə irəliləyir, sizə qarşı bəzi tədbirlər aldığını eşitdəndə təəssüf hissi keçirdik. Təyin etdiyimiz həkim vəzifəsini layiqincə yerinə yetirəcək.
Cümhur başkanı həkimlərdən çox şikayət etmiş, “məni türk həkimlərinə əmanət edin” demişdir. Əcnəbi həkimləri uzaqlaşdırmaq istəyir.
Hər şey yolunda və məcrasında gedir. Sizləri Cümhur başkanı kimi görmək arzusundayıq. Hörmətlə, əlinizdən öpürəm. Daxili işlər naziri – Şükrü Kaya”.
İŞİNİ BİTİRƏRLƏR
İkinci sənəd isə Atatürkün zəhərləndiyi haqda həqiqətlər 20 il sonra vəzifəyə gələn bəzi adların başını ağrıdacaq və bu, ölüm təhdidlərinə də səbəb ola biləcək.
CHP-nin Baş katibi Kasım Gülək 26 fevral 1959-cu il tarixindəki yazısında daha sonra daxili işlər naziri olan Oğuz Bekata belə bir məlumat verir.
ALTINDAN QALXA BİLMƏRİK
“Atatürkün zəhərləndiyinə dair hesabatı” başqaları ilə bölüşdüyü üçün Bekataya reaksiya göstərən Gülək “Bu məsələ səni də, məni də yıxar, altından qalxa bilmərik. Sən də altında qalarsan, mən də. Digəriləri də altında qalar. Keçmişdə edilən səhvləri düzəldə bilmərik, bunu yaxşı bilirsən” deyir. Gülək yazının davamında adını vermədiyi bir adamın MAH-da (MİT-dən əvvəlki kəşfiyyat təşkilatı) adamları olduğuna diqqət çəkir və Bekatanı “Sənin işini bitirərlər” deyə qorxuya salır.
“Yeni Şafak”ın əldə etdiyi sənədlərdə Bekatanın daxili işlər naziri olduğu 1962-ci ildə həkim Lebit Yurdoğlundan dəstək istədiyi, Yurdoğlunun əldə etdiyi tapıntıları bir məktubla çatdırdığı görünür.
Bir zaman dərin dövlət kimi tanınan Encümən Danışın rəhbərliyini də idarə edən Hifzi Oğuz Bekata Kasım Gülekin mülayim-mülayim xəbərdarlıqlarına baxmayaraq Atatürkün ölümünün arxasındakı sirri araşdırmağa davam edib.
Həkim Lebit Yurdoğlundan Hifzi Oğuz Bekataya göndərilən 18 oktyabr 1962-ci il tarixli məktubda yazılıb:
“Hörmətli Hifzi Oğuz Bekata. Bu məsələni dərindən araşdıranda problemin sadəcə gec diaqnoz qoyulmadığında deyil, uyğun dərmanlar istifadə edilmədiyində təsbit etdim. Atatürkün dərman vasitələrinin alındığı aptekin izlərinə baxanda, o dövrlərdə malyariya müalicəsi üçün istifadə edilən Kinə dərmanının 43 şüşə istifadə edildiyini gördüm. Bu qədər Kinə istifadə edildikdə qara ciyərində bərpa olunmaz yaralar açacağını hər bir həkimin bilməsi lazımdır, amma bunun sanki şüurlu bir şəkildə yerinə yetirmədikləri qənaətinə gəlmişəm.
Atatürkün müalicə məqsədli verildiyi digər dərman piremidondur. Bu dərmanın insanlara təsiri böyük olur. Civəli sidikqovucu olan “salyrgan” adlı dərmanın isə 3 avqust 1938-ci il tarixində aparılan konsultasiyadan əvvəl təhlükəli olacağı deyilib, ancaq bu dərmanın istifadə edilib. Eppinger, Berqman, doktor Fissinger və doktor Neşet Irdelpin həkimlik vəzifələrini şüurlu bir şəkildə yerinə yetirmədikləri qənaətinə gəlmişəm”.
Hörmət və sevgilərimlə.
CHP-nin Baş Katibinin müavini, İzmir millət kəkili – Doktor Lebit Yurdoğlu”.
http://s017.radikal.ru/i437/1504/64/ee9b3424c1b3.jpg
http://s020.radikal.ru/i720/1504/35/fd2f7bdb2d1b.jpg
http://s017.radikal.ru/i403/1504/b0/794ae8de16af.jpg