89327_res_01

Türkiyədə “Fənərbaxça” futbol klubunun futbolçularını daşıyan avtobusa silahlı basqın olub.

Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün Rizə şəhərində yerli “Rizəspor” klubu ilə səfər oyunundan dönən “Fənərbaxça” futbol klubunun avtobusu Trabzon yolunda silahlı hücuma məruz qalıb.

Avtobusun sürücüsü açılan atış nəticəsində ağır yaralanaraq xəstəxanaya aparılıb. Klub üzvlərindən heç kim xəsarət almayıb. Avtobusun şüşələri qırılıb. Komanda üzvləri digər avtobusa mindirilərək polisin müşayiəti ilə oradan uzaqlaşdırılıb.

Məlumata görə, sürücü yaralanan kimi elə sükan arxasındaca huşunu itirib. Hərəkətdə olan maşını salonda olan komanda üzvlərindən biri saxlayıb, bununla da daha böyük faciənin qarşısını almağa nail olub.

Təhlükəsizlik qüvvələri ətraf ərazini ciddi nəzarətə götürüb. Polis kluba məxsus avtobusa hücumla bağlı araşdırmalara başlayıb. Silahlı hücumun hansı qrup və ya şəxslər tərəfindən təşkil olunduğu bəlli deyil.

Загрузка...