Özbəkistanın hazırkı prezidenti İslam Kərimov ölkə başçısı seçkilər qələbə qazanıb.
AzVision.az-ın “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Özbəkistan MSK-nın rəhbəri Mirzə-Uluqbek Abdusalomov bildirib.
“Kərimov seçkilərdə iştirak edən 17,2 milyon insan və ya seçicilərin 90,39 faizi səs verib”, – deyə Abdusalomov vurğulayıb.
Qeyd edək ki, ötən gün Özbəkistanda prezident seçkiləri keçirilib. Səsvermə yerli vaxtla saat 06:00-da başlayıb.
Özbəkistanda prezident postu uğrunda 4 nəfər mübarizə aparıb. Onlar Liberal-Demokrat partiyasından namizəd İslam Kərimov, Xalq Demokratiyası partiyasının nümayəndəsi Hatamcon Ketmanov, “Milliy Tiklaniş” partiyasının üzvü Akmal Səidov və “Ədalət” partiyasından namizədliyi irəli sürülən Narimoan Umarovdur.