Снимок

Türkiyənin “Fənərbaxça” klubunun eks-üzvü Aleks De Souza vida matçı keçirib.

Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, futbolçu ötən ilin dekabrında karyerasını başa vurub.

38 yaşlı futbolçu “Palmeyras”ın 1999-cu ildə birgə oynayan futbolçuları ilə eyni komandada çıxış edib. Matç 3- 3 hesabı ilə başa çatıb. Qollardan ikisini Aleks vurub.

Oyunda ən maraqlı hissəni isə futbolçular yox, matçın baş hakimi yaradıb. Belə ki, hakim matçın 40-cı dəqiqəsində canlı baraj üçün nəzərdə tutulmuş “spray”lə stadiona “Alex” sözünü yazıb. Hakimin bu hərəkəti stadiondakı azarkeşlər tərəfindən alqışlanıb.

Загрузка...