Загрузка...

20379

German Wings havayollarına aid Barcelona-Düsseldorf səfərini edən Airbus A320 tipli təyyarəsinin dünən Fransada qəzaya uğraması son illərdə Avropada meydana gələn təyyarə qəzalarını yenidən gündəmə gətirib.

Modern.az Avropada son 15 ildə yaşanan əhəmiyyətli təyyarə qəzalarını bu şəkildə sıralayır:

2000-ci il 25 İyul: “Air France”ya aid Konkord sərnişin təyyarəsi New Yorka getmək məqsədiylə havaya qalxdıqdan dərhal sonra Parisdən kənardakı bir otelin üzərinə düşüb. Aşağıda olan dörd adam daxil olmaqla cəmi 113 adam ölüb.

2001-ci il 8 Oktyabr: Skandinaviya hava yollarına (SAS) aid sərnişin təyyarəsi Milanın Linate hava limanında enmə-uçuş zolağında kiçik bir təyyarə ilə toqquşub. 118 adam ölüb.

4 Oktyabr: Təl-Əvivdən Sibirin Novosibirsk şəhərinə gedən Rus sibir hava yollarına aid Tupolev 154 tipli sərnişin təyyarəsi havada partlayaraq və Qara dənizə düşdü. 78 sərnişin və ekipaj üzvü ölüb.

3 İyul: Ural Dağlarında yerləşən, Yekaterinburqdan liman şəhər Vladivostoka gedən Tupolev 154 tipli sərnişin təyyarəsi Sibirin İrkutsk şəhəri yaxınlığında qəzaya uğrayıb. 133 sərnişin və 10 ekipaj ölüb.

2002-ci il 27 İyul: Ukraynanın qərbində yerləşən Lvov şəhərində döyüş təyyarəsi nümayiş uçuşu zamanı tamaşaçıların arasına düşüb. 77 adam həyatını itirib.

1 İyul: məktəbin gəzintisi üçün İspaniyaya gedən şagirdləri daşıyan Rus Tupolev 154 təyyarəsi, Almaniyanın cənubunda Boeing 757 nəqliyyat təyyarəsi ilə toqquşub. Çoxu uşaq olmaqla 71 adam ölüb.

2003-cü il 8 Yanvar: Türk Hava yollarına aid 76 sərnişin və ekipaj üzvünü daşıyan təyyarə Diyarbakıra enişi əsnasında qəzaya uğrayıb.

2005-cü il 14 Avqust: Kiprdən Praqaya gedən və 121 sərnişin daşıyan Helios Hava yollarına aid təyyarə kabinə təzyiqində baş verən ani enişin nəticəsində Afinanın şimalında düşüb.

2006-cü il 22 Avqust: 170 sərnişin daşıyan Tupolev-154 tipli sərnişin təyyarəsi Ukraynanın şərqində Donetsk şəhərinin şimalında qəzaya uğrayıb.

9 İyul: S7 Airbus A-310 təyyarəsi Sibir yerləşən İrkutska havadan eniş əsnasında zolaqdan çıxıb. Təyyarədəki 124 adam ölüb, 50-dən çox adam isə xilas edilib.

3 May: Armavia Hava yollarına aid Airbus A-320 tipli təyyarə Soçi yaxınlığında Qaradənizə düşüb. Təyyarədəki 133 adam həyatını itirib.

2007-ci il 30 Noyabr: Atlasjet hava yollarına aid təyyarə Keçiborlu yaxınlığındakı İsparta hava limanına 12 kilometr qalmış dağlıq sahədə qəzaya uğrayıb. Təyyarədəki 56 adam ölüb.

2008-ci il 14 sentyabr: Rus Aeroflot hava yolu şirkətinə aid Boeing 737 tipli sərnişin təyyarəsi, Ural Dağlarında, Perm şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 88 sərnişinindən heç kimin xilas olmadığı açıqlandı.

20 Avqust: Spain Air təyyarəsi Madrid Barajas hava limanında uçuş cəhdi əsnasında zolaqdan çıxıb. 154 adam ölüb, 18 adam yaralanıb. Qəzadan sonra ölkədə üç günlük matəm elan edilib.

2009 1 İyun: Fransız Hava yollarına aid olan Rio de Janeiro-Paris səfərini edən A330-200 tipli sərnişin təyyarəsi Atlantik Okeanına düşüb. Təyyarədə olan 228 nəfərdən 50 adamın cəsədini tapmaq mümkün olub.

2010 10 Aprel: Polşa Dövlət Başçısı Lech Kaczynskini aparan, Rusiyanın Smolensk hava limanına yaxınlaşarkən düşən Tupolev Tu-154 tipli təyyarəsindəki 96 sərnişin ölüb.

2014  17 İyul: Ukraynanın Rusiya sərhədinə yaxın bölgəsində düşən, Malayziya hava yollarına aid MH17 təyyarəsi Amsterdamdan Kuala Lumpura səfərini edəkən tərkibində olan 283 sərnişin və 15 nəfərlik ekipajı həyatını itirib. Qəzada həyatını itirənlərdən 196 nəfəri Hollandiya vətəndaşı olub.