Əli İskəndərov: «Maşının 65 litr tutumu olan çənində 5 litr yanacaq var idi, amma monitorda 72 litr göstərdi»
Sürücü Əli İskəndərov facebook profilində maraqlı status paylaşıb. Avtosfer.az-ın məlumatına görə, A.İskəndərov öz statusunda SOCAR yanacaqdoldurma məntəqəsində aldadıldığını bildirib. Onun statusunu olduğu kimi təqdim edirik: «Bu səhər (martın 23-də-red.) SOCAR yanacaqdoldurma məntəqəsinə avtomobilimə yanacaq doldurmaq üçün daxil oldum. Məntəqəyə daxil olarkən yanacaq çənində 5 litr yanacaq var idi. «Mercedes w210», 2.2 CDI yanacaq çəni 65 litr tutduğu halda avtomobilimin çəninə 72 litr dizel yanacağı əlavə olundu. Bi ildən çoxdur mən buna yanacaq doldururam, heç vaxt 62-63 litrdən çox yanacaq getməmişdi. Avtomobilin bort monitorunda yanacaq çəninin tam dolu olduğu, 65 litr yanacaq olduğu göstərir.
Dostlar, xahiş edirəm hamınız paylaşın!!! Camaat ayıq olsun. Bircə SOCAR-ı tərif edirdilər ki, sayğacda təmizdir, bu da SOCAR».
http://s016.radikal.ru/i337/1503/ae/947d0925c95c.jpg
http://s020.radikal.ru/i709/1503/45/38093102abb3.jpg
http://s003.radikal.ru/i204/1503/9d/bc6c01a67504.jpg
http://s017.radikal.ru/i413/1503/42/41e20184efc9.jpg
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.