Bütün dünyanın maraqla gözlədiyi “El Klassiko”nun qalibi müəyyən olub.
ANS PRESS-in məlumatına görə, “Barselona” evində “Real Madrid”i 2-1 hesabı ilə məğlub edib.
“Nou Kampda” baş tutan matç gərgin oyun mübarizəsinə şahid olub. Matçda ilk qol 19-cu dəqiqəyə təsadüf edib. Lionel Messinin pasını baş zərbəsi ilə tora göndərən Mateu “Barselona”nı hesabda fərqləndirib.
“Kral Klubu”nun cavabı isə 12 dəqiqədən sonra gəlib. Matçın 31-ci dəqiqəsində Benzemanın nəfs pasından sonra Kriştiano Ronaldo yerdən zərbə ilə topu tora göndərib.
İlk hissə 1:1 hesablı nəticə ilə yekunlaşıb. İkinci hissənin ilk dəqiqələrindən “Real Madrid”lilər təzyiqi artırsalar da istəklərinə nail ola bilməyiblər. Əvəzində isə “Barselona” qol vurmağa imkan tapıb.
Katoloniyalıların “qol maşını” Luiz Suarez 56-cı dəqiqədə qəfl pasla qapıçı ilə üzbəüzə qalıb. Düzgün bir vuruşla futbolçu komandasının qələbə qolunu vurub.
Oyun 2:1 hesabla ev sahibinin xeyrinə başa çatıb. Bu matçdan sonra liderliyini qoruyan “Barselona”a xalını 68-ə çatdırıb və əzəli rəqibini 4 xal qabaqlayıb.