87717_res_01

Bakının valyutadəyişmə məntəqələrində yenidən dollar qıtlığı yaranıb.

Belə ki, virtualaz.org saytının müxbiri paytaxtın mərkəzindəki valyutadəyişmə məntəqələrinin bir neçəsinə müraciət etsə də oradan ABŞ valyutası sata bilməyəcəklərini bildiriblər.

Maraqlıdır ki, valyutadəyişmə məntəqələrində yalnız dollar qıtlığı var. Digər valyutalarla bağlı problem yoxdur. Valyuta satanlar müştərilərə israrla avro və funt-sterlinq təklif edirlər. Amma dollar qıtlığının səbəblərini izah edə bilmirlər. Bununla belə bəzi valyutadəyişmə məntəqələrindən bildirilib ki, dollar qıtlığının yaranması bayram və qeyri-iş günü ilə bağlıdır.

Загрузка...