Təyyarənin qaçırılması tez-tez təkrarlanan hadisə deyil. Belə hadisələr səssiz keçmir və bir çox hallarda böyük faciələrlə bitir. Təyyarəni qaçıranlar bəzən məsuliyyətdən yayına bilərlər, amma açılmamış belə cinayətlərə tarixdə olduqca az təsadüf edilib. Bununla belə, Den Kuper adlı təyyarə terroçusu polisi və ictimaiyyəti təəccübləndirə bilib. Analitik.az keçən əsrin ən qalmaqallı təyyarə qaçırılması cinayətini təqdim edir.
Təyyarə bələdçisinə məktub
24 noyabr 1971-ci ildə, Şükranlıq Günü ərəfəsində, Oreqon ştatı, Portlenddə D.B. Kuper adlı bir nəfər Sietlə qədər 305-ci reysə bilet alıb. O, Northwest Airlines aviaşirkətinin Boinq- 27-nin göyərtəsinə qalxıb və salonun arxa hissəsində yerini tutub. Daha sonra şahidlər onu belə təsvir edirdilər: O, orta boylu, əynində qara kostyum, üzərində sədəf olan qalstuklu, qara eynəkli, təxminən 40 yaşlarında bir kişi olub. O, təyyarənin uçuşunu gözləyərkən siqaret çəkir və soda ilə burbon sifariş edib. Təyyarədə sərnişin az idi. 94 yerlik salonda cəmi 36 nəfər oturumuşdu. 14:50-də cədvəl üzrə Boinq havaya qalxıb. Florens Şeffner adlı gənc təyyarə bələdçisi uçuş zamanı müşayiət edənlər üçün xüsusi oturacaqda Kuperin yanında oturmuşdu. Ekipaj komandiri kəmərləri açmağa icazə verəndən sonra, o, qıza bir kağız uzadıb.
Adətən təyyarə bələdçiləri gözəlliyi ilə seçiliblər, Şeffner də istisna deyildi. Sərnişinlərdən ona sevgi qeydləri və telefon nömrələri kimi ismarıclar çox gəldiyindən buna adət etmiş qız, kağızı alaraq, cibində gizlədir. Lakin Kuper inadkarlıq göstərib, “yaxşı olar ki, məktubu oxuyasız, miss ” – deyəndə, Florens nəsə yaxşı bir şeyin baş vermədiyini hiss edərək, kağız parçasını tələsik çıxarır və səthi yazılmış mətni oxuyur: “Çantamda bomba var. Mənim əgər tələblərim yerinə yetililməsə, ondan istifadə edəcəm. Mən istəyirəm ki, yanımda oturasınız. Sizin təyyarə qaçırılıb.” Qızın üzündən təbəssüm yox olur, lakin o, sərnişinləri təşfişə salmamaq üçün sakitliyini qoruyub saxlaya bilir. Təyyarə bələdçisi mister Kuperin yanında oturur və onu dinləməyə başlayır. Təyyarəni qaçıran şəxs 20 dollarlıq əskinazlar olmaqla, 200 min dollar və 2 dəst paraşüt tələb edirdi. Stüardessanı öz niyyətlərinin ciddiliyinə inandırmaq üçün, sərnişin öz portfelini açıb göstərir. Çantada qırmızı məftilli qida elementi və 8 ədəd hansısa qırmızı silindrlər vardı. Qızın hər şeyi başa düşdüyünü görüb, kağızı götürərək, onu buraxır.
Sərnişinlər sonradan girov olduqlarını bilirlər…
Ekipaj komandiri rəhbərlik ilə əlaqə saxlayıb, vəziyyəti məruzə edir. Kuper sakitliyini saxlayırdı və özünü tamamilə adekvat aparırdı. O, bildirir ki, yerdən tələblərini yerinə yetirməyi təsdiq edilməyincə, təyyarənin enişinə icazə verməyəcək. Və yalnız 16:39-da ona deyiblər ki, şərt qəbul olunub və pul hazırdı, təyyarəni qaçıran şəxs Sietl-Takoma hava limanında enmə üçün icazə verib. Hava limanına çatmağa az qalmış, Kuper ikinci burbonu sifariş verib və pulun qalığının stüardessada qalmasını təkid edib. 17:45 təyyarə yerə enib. Kuper tələb edib ki, pilotlar təyyarəni aeroportun ən uzaq sektoruna sürsünlər və kabinədə işıqları söndürsünlər. Şərtlərə əsasən pul və 2 dəst paraşütü bir nəfər təyyarənin quyruq hissəsinə gətirməli idi.
FTB agentləri əskinasları nişanlamadılar, bununla kifayətləndilər ki, 1969-ci ildə San-Fransiskoda çap edilmiş, yalnız L seriyalı əskinasları seçdilər və bütün pulların şəkilləri çəkildi. Kuper göyərtədə olan bütün sərnişinlərin təyyarəni tərk etməsinə imkan vermişdi. O, stüardessa Şeffneri də buraxdı, amma digər ekipaj üzvlərini hava gəmisində saxladı: bunlar komandir Uilyam Skott, ikinci pilot və bort mühəndisi Anderson Pataçak və ikinci stüardessa Tina Makloy idi. Sərnişinlər isə yalnız təyyarəni tərk etdikdən sonra, hava limanında olan çoxsaylı müxbirlərdən öyrəniblər ki, onlar girov imişlər…
Kuper dərhal havaya qalxmaq istəyib, amma hava limanının əməkdaşları onu inandırırlar ki, təyyarəyə yanacaq doldurmaq tələb olunur. Təyyarəni qaçıran şəxs yanacaq doldurma prosesində birinci dəfə özünü cilovlaya bilməyib. Terrorçu şübhələnib ki, xüsusi xidmət orqanları onu ələ keçirməyə hazırlaşırlar. O, yanacaqdoldurma prosesi tez bitməyəcəyi təqdirdə, bombanı partlatmaqla hədələyir. Bu arada Kuper aviasiya Federal idarəsinin nümayəndəsi ilə görüşmək istəməyib. O, təyyarənin göyərtəsinə qalxaraq, Kuperlə təklikdə danışmaq istədiyini bildirsə də, Kuper buna etiraz edib. Nəhayət terroristə deyiblər ki, təyyarə hazırdır. O, Renoya, Nevada ştatına istiqamət götürməyi əmr edir. Daha sonra Meksikaya uçmağı tələb edib.
Kuper izsiz yoxa çıxır
FB-çilər Kuperin düşüncəsinə təəccüb qalmışdılar. Görünür, o, paraşütləri elə-belə götürməmişdi. O, tullanmaq istəyirdi! Amma hələ heç bir təyyarəni qaçıran şəxs təyyarədən belə ayrılmamışdı. Mülki aviasiya təyyarələri desant üçün uyğunlaşdırılmış deyildi. Buradan tullanmaq üçün xüsusi bacarıqlar tələb olunurdu. O, isə iki dəst tələb edib! Doğrudanmı, təyyarədə Kuperdən başqa biri də var? Bəlkə, bu heyət üzvlərindən biri idi? FTB təyyarəni müşaiyət etmək üçün qırıcılara göyə qalxmağa komanda verdi. Bu arada Kuper stüardessa Маkloy vasitəsi ilə kursu dəyişməyi tələb edib. Və deyib ki, uçuş hündürlüyü 2000 metr olmaqla, sürəti maksimum azaldılsın. Təyyarə istiqamətini dəyişib və bir neçə dəqiqədən sonra komandirin qarşısında olan cihazın indikatoru təyyarənin salonunda qapını açmağa cəhdi xəbər verib. Dərhal havanın təzyiqi dəyişməyə başlayıb. Bu, o demək idi ki, terroristin cəhdi uğurlu alındı. Kuper təyyarəni tərk etdi və daha onu heç kəs heç vaxt görmədi. Təyyarə isə Reno şəhərində eniş etdi. ABŞ Hərbi Hava Qüvvələrinin pilotları terrorçunun təyyarəni necə tərk etdiyini hiss etməyiblər: Təyyarə havaya qalxdıqdan dərhal sonra güclü qasırğa zonasına düşüb və görünüş çox pis olub. Lakin sonradan cihazların göstəriciləri yoxlanılarkən, müstəntiqlər hesab ediblər ki, Kuper 20:13-də təyyarədən atılıb və bu zaman təyyarə Mervin gölü və Lyuis çayı üzərindən uçurmuş. Beləliklə, təyyarəni qaçıran şəxs demək olar ki, elə həmin mindiyi yerdə, Portlendin 50 kilometrliyində də yerə enib.
Boinq Reno şəhərində 22:15-də yerə enib. FTB və yerli polis təyyarəni əhatəyə alırlar, amma hamıya aydın idi ki, gəmidə Kuperi tapmayacaqlar. Arxa ayaqaltı salınmış, salon isə boş idi: Oradan İki dəst paraşütdən yalnız biri, siqaret kötükləri, qalstuk tapıldı. Paraşütün ipləri kəsilmişdi, görünür terrorist bu iplərlə pul kisəsini özünə bağlamışdı. Təyyarənin salonunda bütün barmaq izlərini götürdülər. Bu uğursuz relslə uçan sərnişinlərin və heyət üzvlərinin barmaq izlərini çıxdıqdan sonra, sahibi bilinməyən 66 iz nümunəsi qalır. Şahidlərin köməyi ilə terroristin fotorobotunu da hazırlayırlar.
Bundan başqa nə aeroportda, nə də digər maneələrdən, təyyarədə hava limanında aşkar edilməmişdi. Bu arada Mervin gölü rayonunda intensiv axtarışlar aparılır. Bura ABŞ-da ən vəhşi diyarlarından biridir: sıx meşəlik, bataqlıq. Ümumi rəyə görə, yüngül paltarda gecə burada qalmaq asan deyil. Üstəlik, soyuqdan başqa, vəhşi heyvan təhlükəsi də qaçılmazdır. Kuperin izi isə tapmayıb. Əlbəttə, böyük ehtimal var idi ki, o, meşənin əlçatmayan bir yerində qəzaya uğrayıb. Axı ola bilməzdi ki, hər şey onun əvvəlcədən plaşlaşdırdığı kimi olsun.
Üç həftədən sonra “Los-Anceles Tayms” qəzetinin redakisyasına bir məktub gəlir. Redaksiya bu məktubu dərhal dərc edir: “Mən heç də müasir Robin Qud deyiləm. Təəssüf ki, cəmi on dörd ay ömrüm qalıb. Təyyarənin qaçırılması mənim üçün ən sürətli və sərfəli üsulla ömrünün son günlərini təmin etmək üçün lazım idi. Bu addımıma görə mənə nifrət edən insanları qınamıram. Əminəm ki, məni tutmayacaqlar. Mən dünyanı müxtəlif marşrutlarla artıq bir neçə dəfə fırlanmışam. Və düşünməyin ki, dəliyəm. Mən ömrümdə hətta avtombil cəriməsi də almamışam.” Bu məktubun müəllifinin məhz Kuper olmasına heç bir sübut yox idi. Lakin redaksiyaya məktub axınının ardı-arası kəsilmədi.
Amerikalılar bu “Robin Qud”a əməlli-başlı məftun olmuşdular. Və tezliklə üzərində terrorçunun adı və silueti həkk olunan suvenirlər də peyda oldu. Bu suvenirlər o dövrdə çox məşhur idi və satıcılarına çox gəlir gətirmişdi.
Mervin gölü ətrafında axtarışlar nəticəsiz qaldı. Agentlər ətraf ərazidə yaşayan fermerləri dindirdilər, bir neçə evi axtardılar. 1972-ci ildə hətta gölün dibini dərinlik aparatlarının köməyi ilə yoxladılar, təxminən 400 hərbi qulluqçu isə bütün meşəni ələk-vəlk etdilər. Qəzetlərdə Kuperə verilən 20 dollarlıq əskinasların nömrələri dərc edildi və onların qaytarılması üçün 15 faiz məbləğində mükafat elan edildi. Amma iki il ərzində, nə pul, nə ayaq izləri, nə də cəsəd aşkar olunmadı. İstintaq getdikcə soyumağa başladı. Amma yerli camaat hələ uzun müddət meşədə, çayda və göldə qəzaya uğramış hesab olunan terroristin pullarını tapmaq ümidiylə axtarış apardılar. Kuperin yoxa çıxmasından 1 il sonra FTB rəsmən bəyan edib ki, onun öldüyünə əmindir. Daha 4 il sonra, 24 noyabr 1976-ci ildə isə iş rəsmən bağlanıb. Bu müddət ərzində FTB 1000 nəfərə yaxın insanı dindirib. Onların arasında xeyli sayda Kuper soyadını daşıyanlar vardı.
Kuperin izi tapılır
1979-ci ildə bir ovçu meşədə maral ovlayarkən, üzərində “lyukun ağzı uçuş vaxtı möhkəm bağlanmalıdır” sözləri yazılmış lövhə tapır. Ola bilsin ki, o zaman ovçunun qaçırılmış təyyarə ilə bağlı əhvalat yadına düşür və ya meşədə sadəcə, zibili qoymaq istəmədiyindən lövhəni götürür. Amma hər halda tezliklə ekspertlər təsdiq etmişlər: Bu lövhə həmin Boinqdən qopub düşmüşdü. Bu xəbər meşələrdə yenidən yüzlərcə xəzinəaxtaranları hərəkətə gətirdi. Doqquz ildən sonra, 1980-ci ildə səkkiz yaşlı Brayan İnqrem valideynləri ilə Kolumbiya çayının sahilində istirahət edib. O, atası ilə birgə gəzintiyə çıxır və köhnə üç ədəd pul bağlaması tapır. Bağlamaların ikisində 100 ədəd, üçüncüsündə isə yalnız doxsan ədəd 20 dollarlıq əskinaslar olub.
Ekspertiza təsdiqləyib: Banknotların nömrələri Kuperə verilən əskinazlasla üst-üstə düşür. Soyuyan şübhələr yenidən alovlanır: əgər Kuper ölübsə, onda yerdə qalan pullar hanı? Əgər sağdısa, onda o, bu 5800 dolları necə itirib? Bu suallar yenə də cavabsız qalıb. Hakimiyyət tapılan məbləğdən 2860 dolları oğlana bağışlamışdı. Onlar hərracda 2008-ci il iyunun 13-də satılaraq, sahibinə umümilikdə 37 min dollar gəlir gətirmişdi. Daha heç nə tapmadılar. Kuperin öldüyü və ya pulların bir hissəsini necə itirdiyi tapmaca olaraq qaldı. Təkcə 1989-ci ildə dalğıc pul tapılan yerin yaxınlığında kiçik paraşüt tapıb. Təəssüf ki, ekspertlər bu paraşütün Kuper məsələsi ilə hər cür əlaqəsini qətiyyətlə rədd ediblər. Paraşüt çox kiçik idi və tullanma üçün ümumiyyətlə, nəzərdə tutulmurdu.
Siz kimsiz, mister Kuper?
İndiyədək təyyarəni qaçıranın şəxsiyyəti haqqında çox az şey məlumdur. Kuperin təyyarınin göyərtisinda qalan qalstukunda titan və alüminium hissəcikləri tapıblar. Bu metal aviasiyada geniş istifadə olunur. Güman ki, onun bu sahə ilə bir bağlılığı varmış. Yeri gəlmişkən, bu fikir onun təyyarədən tullanmaq kimi xüsusi bacarıqlarını hardan mənimsədiyinə aydınlıq gətirir. Üstəlik Kuper mülki aviasiya pilotlarının heç də hamısının bilmədiyi arxa nərdivanı necə açmaq lazım olduğundan da xəbərdar idi. Buna oxşar paraşütdən tullanma Vyetnam müharibəsində istifadə edilib. Ola bilər ki, Kuper Vyetnamda xidmət edib. Xəfiyyə onun işlətdiyi sözlərə də fikir verib. O, “amerika valyutası” ifadəsini işlətmişdi. Belə ancaq xarici vətəndaş deyə bilərdi, Kupersə aksentsiz danışırdı…
Məhz bu səbəblərə görə Kuper işi üzrə ən çox şübhə altına düşən, Yuta ştatından olan, aviasiya məktəbinin keçmiş müəllimi, Vyetnamda paraşütlə tullanma təcrübəsi olan Riçard Мakkoy düşüb. Məsələ ondadır ki, o, 1972-ci il aprelin 7-də Kuperin cinayətini təkrarlayır. United Airlines.
aviaşirkətinin Boinq 727 təyyarəsini qaçırır və səmada özü ilə götürdüyü yarım milyon dollarla onu tərk edib. Lakin o, Kuper qədər peşəkar hərəkət etməyib. Əgər Kuper yazdığı məktubu yalnız stüardessaya göstərmişdisə, Makkoy, xəfiyyəyə öz xəttini iz kimi qoyaraq, onu yerə atmışdı və çoxsaylı barmaq izləri qoymuşdu. Artıq aprelin 9-da Makkoy saxlanılır. Yeri gəlmişkən, iki gün ərzində o, Milli qvardiya qüvvələrinin tərkibində terroristi , yəni özünü axtarırmış… Axtarışdan sonra ondan 499 970 dollar olan çantasını müsadirə ediblər. Amma bu cinayətin Kuper epizoduna aid olması təsdiqini tapmayıb: Arvadı və uşaqları bildiriblər ki, 1971-ci il noyabrın 24-də o, evdə olub. Amma onsuz da təyyarəni qaçıran şəxsə 45 il iş kəsiblər. Düzdür, 2 ildən sonra Makkoy qaçıb və az sonra polislər tərəfindən öldürülüb.
2000-cı illərin əvvəllərində Kuperin işi FTB tərəfindən rəsmən bərpa edilib. Buna səbəb bir neçə dəfə mühüm dəlillərin istintaqın əlinə düşməsi olub. Belə ki, 2008-ci ildə köhnə bir paraşütün Kuperin düşdüyü ehtimal edilən yerdə qalıqları aşkarlanıb. Lakin ekspertiza göstərir ki, onlar həmin
paraşütə aid ola bilməzdi. 2000-ci ilin iyulunda “U.S. News and World Report” jurnalı məqalə çap etdirir. Məqalədə Floridadan olan dul Co Veber adlı qadın etiraf edirdi ki, Kuper onun antikvar alveri ilə məşğul olan, 28 mart 1995-ci ildə xərçəng xəstəliyindən dünyasını dəyişən mərhum əri Dueyn Veber idi. O, deyirdi ki, ölümündən əvvəl həyat yoldaşı ona etiraf edib ki, həmin Boinq təyyarəsini o qaçırıb və paraşütlə tullanma zamanı dizini zədələyib.
FTB bu versiyanı çox diqqətlə araşdırıb. Bildirilir ki, mərhum mister Veber Kuperin fotorobotuna digər şübhəli şəxslərdən daha oxşayır. Lakin onun barmaq izləri təyyarədən götürülən nümunələrin heç biri ilə üst-üstə düşməyib.
New York Magazine cəmi bir neçə il əvvəl isə daha bir versiyasını oxuculara təqdim edib. 77 yaşlı Kristiansen Layal televiziyadan açılmamış cinayətlər haqqında verilişə baxarkən, Kuperin fotorobotunu görür və heyrətindən donub qalır. Fotirobotda o, böyük qardaşı Kenneti tanıyıb. Layal FTB ilə əlaqə saxlamağa çalışsa da, amma heç nə alınmayıb. Onda o, özəl axtarış agentliyi vasitəsilə filmin müəlliflərinə müraciət edir. Kennet Kristiansen 1926-ci ildə doğulub, 1994-ci ildə isə dünyasını dəyişib. 1944-ci ildə hərbi xidmətə çağırılıb, desant hazırlayan bölmələrdə xidmət edib, amma o, cəbhəyə getməyib. 1971-ci ildə Kennet Northwest Airlines aviaşirkətində bələdçi vəzifəsində çalışıb. Onun əmək haqqı kiçik idi, lakin 1972-ci ildə qardaşı Kennet gözlənilmədən 14 000 dollara yeni ev alıb. Layal iddia edirdi ki, Kennet spirtli içkilərdən burbona üstünlük verirdi. Bundan başqa, Layal bildirib ki, onlar uşaqlıqda qardaşı ilə yarmarkada olub, orda onların atası bir həvəskar rinqdə qələbə qazanır və 100 dollar mükafat alır.
Mükafat onlara beş 20 dollarlıq əskinaslarla verilib və qardaşlar həmişəlik o pulları, onlarla bağlı xoş xatirələri yadda saxlayıblar. Laylanın sözlərinə görə, qardaşı ölümündən əvvəl, özü haqqında ona nəsə vacib bir söz deyəcəkmiş, amma əcəl macal verməyib. Konnetin fotoşəklini son və yeganə şahid Florens Şeffnerə göstərəndə, qadın onu tanıya bilməyib, amma sonra deyib ki, istintaq zamanı ona göstərilən şəkillərədən, ən çox bu adam Kuperə daha çox oxşayır. Demə, keçmiş stüardessa bütün ömrü boyu qorxurdu ki, Kuper qayıdacaq və onu şahiddən qurtulmaq üçün öldürəcək…
Qəribə və sirli adamlar həmişə heyranlıq doğurublar. Və Den Kuper də onlardan biridir. Onun adı ilə barlar, klublar, kinoteatrlar adlandırılıb, Kuperin yerə endiyi güman edilən yerin yaxınlığında, Vaşinqton ştatı Ariel şəhərində hər il Kuper festivalı keçirilir. Burada eynəkli və qara kostyumlu
iştirakçılar paraşütlə tullanma yarışlarında mübarizə aparırlar. “O, bizim şəhərimizi xəritəyə saldı” – deyib, Ariel sakinləri Şükranlıq günündə onu yad edirlər.