Rusiya prezidenti Vladimir Putin sağlamlığı haqqında yayılan məlumatlara aydınlıq gətirib. Bu barədə Trend Rusiya mətbuatına istinadən xəbər verir.
Putin deyib ki, şayiələrsiz darıxdırıcı olur.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu gün Sankt-Peterburqda Vladimir Putinlə görüşən Qırğızıstan prezidenti Almazbek Atambayev RF prezidentinin tam sağlam olduğunu bildirib: “O məni sarayın arasında maşınla gəzdirdi. Sükan arxasında özü oturdu. Ondan ötrü ki, hər hansı bir şayiə olmasın”.
Xatırladaq ki, daha əvvəl bir sıra KİV-lər bildirmişdilər ki, Putinin xəstələndiyi ehtimal olunur, çünki bir neçə gündür ictimaiyyətə görünmür. Prezidentin mətbuat katibi Dmitri Peskov Putinin xəstəliyi haqqında xəbəri təkzib etmişdi. Daha sonra Peskov bildirmişdi ki, prezident özünü yaxşı hiss edir.