Onlar ölümə qol çəkib yola çıxıblar
Sosial şəbəkələrdə Bakıda avtoxuliqanlıq edən şəxslərin videosu geniş müzakirələrə səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, 10 XB 266 dövlət nömrə nişanı ilə bir neçə avtomobili idarə edən gənc sürücünün 2011-ci ildə Bakının mərkəzi küçələrində “BMW” markalı avtomobillə etdiyi hərəkətlər dəhşətli mənzərə yaradıb. Onunla birlikdə “Mersedes” markalı avtomobilin sürücüsü də təhlükəli əməlləri təkrar edir. Bundan əlavə, onların hər ikisinin avtoxuliqanlıq əməllərini lentə almaq üçün arxadan gələn avtomobil də eynilə qaydaları pozaraq yollarda ölüm təhlükəsi yaradır. Videodan da göründüyü kimi, hər üç sürücü işıqforun qırmızı işığına əhəmiyyət vermədən hərəkət edirlər. Başqa sürücülər üçün təhlükəli vəziyyət yaradırlar. Bu əməllərini isə fəxrlə videolentə köçürüb sosial şəbəkələrdə özlərini reklam edirlər.