Rusiya və dünya operasının ulduzlarından sayılan Lyubov Kazarnovskaya qondarma “erməni soyqırımının 100 illiyi” münasibətilə aprelin 24-də Şuşada Cüzeppe Verdinin “Rekviem” operasını səhnələşdirəcək. Bunun üçün şəhərin işğalı zamanı dağıdılmış Şuşa real məktəbinin binasından istifadə olunacaq.
Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Dağlıq Qarabağdakı separatçı rejimin “mədəniyyət naziri” Narine Aqabalyan bildirib.
Qeyd edək ki, Lyubov Kazarnovskaya dünyanın əsas opera mərkəzləri olan “Covent Garden”, “Metropolitan Opera”, “Lyric Chicago”, “San Francisco Opera”, “Wiener Staatsoper”, “Teatro Colon”, “Houston Grand Opera”da çıxış edib. Onun repertuarında 50-dən artıq opera partiyasının çıxışı var.