Millət vəkili Şəmsəddin Hacıyev Yeni Azərbaycan Partiyası Səbail rayon Təşkilatının sədri seçilib.
AzVision.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə rayon təşkilatının bu gün keçirilən iclasında qərar verilib. Məlumatı YAP-ın Səbail Rayon Təşkilatından Lent.az-a təsdiqləyiblər.
Qeyd edək ki, təşkilatın keçmiş sədri Zahid Qaralov bir neçə ay öncə dünyasını dəyişmişdi. Ş. Hacıyev eyni zamanda Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri vəzifəsində çalışır. O uzun illər Dövlət İqtisad Universitetinə rəhbərlik edib.