Dünyada məşhur futbol adamları daim mətbuata verdiyi açıqlamalarla da gündəmdə qalırlar. Onların fikirləri insanlara həmişə təsir edə bilir. Hətta həmin futbolçuların dediklərini özləri üçün nümunə sayanlar da var.
Qafqazinfo.az sözügedən maraqlı fikirlərdən bəzilərini seçib təqdim edir:
Slaven Biliç (“Beşiktaş”ın baş məşqçisi): “Dünyanı təkbaşıma qurtara biləcəyimi düşünmürəm. Amma hər zaman haqsızın qarşısında olacağam”
Çikarito (“Real”ın hücumçusu): “Bəli, mən xristianam. Amma Məhəmməd Peyğəmbər örnək aldığım tək insandır”
Atif Şeşu (“Sivasspor”un hücumçusu): “Adımı yazmaq üçün illərlə çalışdım. Amma hələ də hansı məna verdiyini bilmirəm”
Metin Kurt (“Qalatasaray”ın sabiq futbolçusu): “Futbol meydanda gözəldir, kənarda deyil”
Tolqa Zəngin (“Beşiktaş”ın qapıçısı): “Olimpiya stadionu”nda gözəl olan tək şey adının “Atatürk” olmasıdır”
Filip Lam (“Bavariya”nın müdafiəçisi): “Məni bu il oyun oynamaq yox, tez-tez kubok qaldırmaq yordu (2012-2013 mövsümü üçün deyib)”
Samuel Eto (“Sampdoriya”nın hücumçusu): “Mourinyo kimi məşqçi ətrafınızda olduqdan sonra heç darıxmazsınız. Ondan bir dənə var”
Arsen Venger (“Arsenal”ın baş məşqçisi): “Azarkeşlərimizə həmişə demişəm türk bayrağına hörmət edin. Çünki onlar bayraqları üçün canlarını verərlər”
“Teo Valkott o qədər sürətlidir ki, bəzən məşqlərdə özündə olmayıb topu da keçir”
Mario Balotelli (“Liverpul”un hücumçusu): “İtaliya millisində oynamaqdan daha gözəl olan Andre Pirlo kimi sehrbazla eyni komandada oynamaqdır”
““Futbol, yoxsa qızlar daha gözəldir” soruşsalara, heç düşünmədən futbol deyərəm. Amma bir az düşünsəm, qızları seçərəm”
“Şakiranı İspaniya ilə oynayacağımız final oyununa dəvət edəcəm ki, Pikeyə nələr etdiyimi görsün”
Luis Suares (“Barselona”nın hücumçusu): “4 il öncə sırf Cerardla oynamaq üçün “Playstation”da “Liverpul”u seçərdim. İndi isə onunla bərabər oynayıram” (“Liverpul”da oynadığı vaxt deyib)
Manuel Fernandes (Moskva “Lokomotiv”inin yarımmüdafiəçisi): “Portuqal və ispanların pasla, türklərin ürəkləri ilə oynadığı oyunun adı futboldur”
Kriştiano Ronaldo (“Real”ın hücumçusu): “Messi ağıllı, İbrahimoviç güclü, Bekhem yaraşıqlıdır deyə sevilirlər. Amma mən heç sevilmirəm. Çünki bunların üçü də məndə var”
Lionel Messi (“Barselona”nın hücumçusu): “Mənə “Ronaldo, yoxsa sən” deyə sual verən insanlara “Ronaldinyo hələ də həyatdadır” deyərək mövzunu bağlayıram”
Pep Qvardiola (“Bavariya”nın baş məşqçisi): “Ən böyük məqsədim Messini dünyanın ən yaxşı futbolçusu etmək idi, amma o, məni dünyanın ən yaxşı məşqçisi etdi”
Neymar (“Barselona”nın yarımmüdafiəçisi): “Uşaq ikən Devid Bekhemin heyranı idim. Böyüdüm və baxım ki, heç nə dəyişməyib”
Andres İnyesta (“Barselona”nın yarımmüdafiəçisi): “Kriştiano Ronaldo əla futbolçu və əla insandır. Başqaları niyə onunla problem yaşayır, bunu anlamıram”
Marko Roys (“Borussiya”nın yarımmüdafiəçisi): “Mario Götze mənə “Bavariya”ya gedəcəyini deyəndə özümü tuta bilmədim, çox ağladım”
Andrey Şevçenko (Ukrayna millisinin sabiq futbolçusu): “Küçədə balaca uşaqların qırmızı “Milan” forması geydiyi günlər üçün darıxıram”
Paskal Numa (“Beşiktaş”ın sabiq futbolçusu): “Dostlarım mənim Necati Şaşmazdan daha yaxşı türkcə danışdığımı deyilər”
“Əgər əvəzlənməsəydim, komanda yoldaşlarımı bıçaqlayardım” (“Leed Yunayted”ə 0:6 hesablı məğlubiyyət sonrası)
Uesli Sneyder (“Qalatasaray” və Hollandiya millisinin yarımmüdafiəçisi): “Hollandiya milli komandasının içində qərara gəldik və Robbenə dedik ki, bundan sonra o, oynamaq üçün özünə ayrıca bir top gətirsin”
Devid Bekhem (İngiltərə millisinin sabiq futbolçusu): “Futbolu buraxmağı ilk dəfə Messi topu sağımdan atıb solumdan keçdiyi zaman düşündüm”
Yaya Ture (“Mançester Siti”ni yarımmüdafəçisi): Jurnalistin “matçın oyunçusu seçildiniz, bunu şampanla qeyd edəcəksinizmi” sualına belə cavab verib: “Mən içki içmirəm, çünki müsəlmanam. Leskot içər, ona verin””
Roberto Mançini (“İnter”in baş məşqçisi): “Ronaldonu dayandırmaq üçün polis çağırmaq lazımdır”
Əl-Şəravi (“Milan”ın hücumçusu): “İbrahimoviçin komandadan gedişi əla oldu. Çünki artıq “mənə ötürmə ver” deyən biri yoxdur”
Viktor Vanyama (“Seltik”in futbolçusu): “Məncə, “Barselona”ya qol vurmaq seksdən də yaxşıdır”
Joze Mourinyo (“Çelsi”nin baş məşqçisi): “Mənə “komandan yorğun idi” deyə sual verirlər. Onu deyim ki, gündə 15 saat çalışıb ayın sonunda evə bir neçə yüz avro ilə qayıdan ata yorğun olar, biz yox”
Pavel Nedved (“Yuventus”un sabiq yarımmüdafiəçisi): “Bir komanda aşağı liqaya düşər – futboçuları gedər, adamlar yenə orda qalar”
Luis Felipe Skolari (Braziliya millisinin sabiq baş məşqçisi): “Bir kubok qazanmaq istəyirsinizsə, Pelenin dediklərinin əksini edin”
Ser Aleks Ferqyuson (“Mançester Yunayted”in əfsanəvi baş məşqçisi): “Ronaldonun qolundan sonra Evraya niyə onun qarşısını kəsmədin söylədim. Videotəkrarı görüncə isə “mən nə danışıram” deyə özümə sual verdim”
İbrahimoviç (PSJ-nin hücumçusu): “Jurnalistin “həyat yoldaşınıza doğum günü hədiyyəsi nə aldınız” sualına belə cavab verdim: “Heç bir şey. Onsuz da onun İbrahimoviçi var””.
Antonio Kassano (“Parma”nın hücumçusu) “İnter”də olarkən belə demişdi: “Burada ən yaxın dostum Naqotomodur. Çünki bir-birimizi anlamırıq. O, nə danışır – mən gülürəm, mən danışıram – o gülür”
Arda Turan (Madrid “Atletiko”sunun yarımmüdafiəçisi): “Falkao meydanda uçan milçək də görsə, onu qapıya vurur”