et qessab

“Hazırda ölkə bazarında ət dəyərindən 35 dəfə baha satılır”.

Bunu virtualaz.org saytına açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib.

Ekspert bildirir ki, 2013-cü ildə Azərbaycana 2244, 2 min dollar dəyərində 163 min 435 baş diri qoyun idxal olunub: “Apardığımız hesablamalara görə, idxal olunan xırdabuynuzlu heyvanların hər birinin idxal qiyməti 10 manat 77 qəpik təşkil edib. Beləliklə, xaricdən 1 kiloqram ət qiymətinə 13-15 kiloqram əti olan qoç alınıb. Qurban bayramı ilə əlaqədar Bakıda təşkil edilən yarmarkalarda isə idxal olunan bir baş qoç alıcılara idxal dəyərindən 10 dəfə baha qiymətə, yəni 100-150 manata satılıb”.

V.Məhərrəmov onu da deyir ki, Azərbaycana Gürcüstandan 109 min 435 baş diri iribuynuzlu heyvanlar idxal olunub. 100-120 kiloqram əti olan heyvanlar 3 kiloqram ətin qiymətinə, yəni orta hesabla hər biri 29 dollar 91 sentə idxal edilib: “Gürcüstandan ölkəmizə gətirilən diri iribuynuzlu mal-qaranın ətinin 1 kiloqramının idxal qiyməti təxminən 22 qəpiyə başa gəldiyi halda ət istehlakçılara idxal dəyərində 35 dəfə baha qiymətə, yəni 7,5-8 manata satılıb. Hazırda ölkə bazarında satılan ətin qiyməti bir neçə dəfə şişirdilib”.