e3ceab1b82ea

Xalq artisti Nazpəri Dostəliyeva ona pərəstişkarlıq edən müğənnilərin adlarını çəkib.

ANS PRESS-in məlumatına görə, ötən gün ANS TV-də yayımlanan “A-dan Z-yə” verilişinin qonağı olan Nazpəri xanım onunla eyni səhnəni bölüşmək üçün göz yaşı tökən müğənnilərdən danışıb:

“Elə körpələr var ki, mənim səhnəmi paylaşmaq üçün göz yaşı axıdırdılar. Bu gün bir neçə verilişlərə çıxıblar bunu etiraf etməyi özlərinə sıxışdırmırlar. Amma elələri də var ki, elə tərbiyəli insanlardırlar ki, çəkinmədən deyirlər, məsəl üçün Kərim, Elnur, Natavan, Aygün Şükürova. Azəri Günel balaca vaxtlarında mənə “anam” deyirdi. Mənə çox xoşdur ki, Günel Türkiyədə mənim mahnımı ifa etdi və ondan sonra məşhurlaşdı. Özü heç vaxt danmayıb ki, mənə pərəstişkarlıq edir”.

Xalq artisti bundan əlavə olaraq o ifa etdikdə ağlayan və halı pisləşən müğənnilərdən də danışıb: “Çox təəssüf ki, elə insanlar var ki, mən oxuyanda ağlamaq nədir, hətta halı pisləşib. O dərəcədə məni sevir, amma cılızlığından bunu etiraf etməyib”.

N.Dostəliyeva ilə birlikdə verilişdə qonaq olan Könül Kərimova da etiraf edib ki, sənət yoldaşı və xalq artisti olan N.Dostəliyevaya pərəstişkarlıq edir: “Sənətə gəldiyim ilk günlərimdən Nazpəri xanımın pərəstişkarı olmuşam. Bunu onun özünə bir neçə dəfə demişəm, elə bir gün yoxdur ki, mən onun mahnılarına qulaq asmayım”.