Komanda uduzan kimi dərhal yada düşən o olur. Amma qələbə qazanılıbsa, gözlər ilk növbədə futbolçulara, xüsusilə də vurduğu qolla komandasına fayda verən oyunçulara yönəlir.
Hə, etiraf etmək lazımdır ki, məşqçi olmaq asan iş deyil. Təbii ki, söhbət yaxşı məşqçidən gedir.
Komanda.az “Yaxşı məşqçi necə olmalıdır” sualına 20 tanınmış mütəxəssisin verdiyi cavabları təqdim edir.
Aleks Ferqyuson (Şotlandiya):
“Məşqçi – öz işinə tələbkar, peşəsinə vurğun, dərin yaradıcılığa və təfəkkürə sahib olmalı, işləməyi və düşünməyi bacarmalıdır”.
Arriqo Sakki
Arriqo Sakki (İtaliya):
“Məşqçi – futbolçularına insanları alovlandıran və fəxr etdirən, bir yaxşı rejissor tərəfindən səhnələşdirilmiş teatr kimi futbol oynamağa öyrətməlidir, çünki yadda qalmayan oyunla qazanılan qələbə ancaq statistikadır”.
Boris Arkadyev (Rusiya):
“Məşqçi – savadlı pedaqoq olmalı, təlim etməyi bacarmalı və futbolçularına şəxsi nümunə, həm də ata olmalıdır”.
Viktor Maslov (Rusiya):
“Məşqçi – zamanı qabaqlamalı, onun tələblərinə uyğun olaraq dəyişməlidir. O, ancaq futbolçuya tapşırıq, məsləhət verə bilər, oyunçu onu icraya hazır deyilsə və yaxud onu etmirsə, onda o, ideya olaraq qalır. Məşqçi onu icra edə bilməz”.
Fabio Kapello
Fabio Kapello (İtaliya):
“Məşqçi – oyunla məşq intizamını sevən, işini şüurlu və peşəkarcasına icra edən, eləcə də var gücü ilə oyunu başa vuran futbolçu hazırlamalıdır”.
Fatih Terim
Fatih Terim (Türkiyə):
“Məşqçi – hər vaxtın, hər saatın futbol fəlsəfəsini düşünməli və ona uyğun icrasını tapmalıdır”.
Frans Bekkenbauer (Almaniya):
“Məşqçi – öz həyatı və yaradıcılığı ilə futbolçularına nümunə olmalıdır. O, peşəkar futbolçu, peşəkar məşqçi və peşəkar idarəçinin necə olduğunu izah etməyi bacarmalıdır”.
Hacı Hacıyev (Rusiya):
“Məşqçi – xüsusi istedad sahibi olmalı, futbolçularına meydanda düşünməyi, qaçmağı, yaradıcı gedişlər etməyi və zövqlü oynamağı öyrətməlidir. Onu da bilməlidir ki, yaxşı komanda yaxşı oyunçulardan qurulur”.
Joze Mourinyo
Joze Mourinyo (Portuqaliya):
“Məşqçi – futbolçunun meydanda etdiyi hər bir hərəkətə cavabdehdir. Futbolçunun fiziki vəziyyəti deyə bir məfhum yoxdu, o, ya oyuna hazırdır, ya da hazır deyil. O, futbolçuya hər zaman oyunda olmağı, topa nəzarəti və top ayaqda olarkən dincəlməyi öyrətməlidir”.
Konstantin Beskov (Rusiya):
“Məşqçi – futbolçunun texniki ustalığa malik olması, taktiki düşüncəyə və intellektual səviyyəyə çatdırması üçün hər şeyi etməlidir, bu, onun işidir”.
Karlos Alberto Parreyra (Braziliya):
“Məşqçi – komandanı qələbəyə, oyuna qədər hazırlamalı, sadəcə oyunda nəticəni görməlidir. O, nə edirsə, əla etməli və onu qələbəyə aparan tək yolu tapmalıdır”.
Marçello Lippi (İtaliya):
“Məşqçi – futbolçunun xarakteri ilə taktiki hazırlığını birləşdirməyi bacarmalıdır. Rəqibi zəif yerindən, gözlənilmədən vurmalıdır. Əlinin altında olan futbolçulara öz taktiki sistemini səbrlə izah etməli, onları bunu tam anlayana, qavrayana qədər məşq etdirməlidir”.
Marko van Basten
Marko van Basten (Hollandiya):
“Məşqçi – qəbul etdiyi qərarları öz futbolçularına izah etməlidir, xüsusilə də oyunqabağı”.
Mişel İdalqo (Fransa):
“İstənilən komandanın əsasını, bünövrəsini, nəticəsini təşkilatçılıq tutur. Ancaq əhəmiyyətinə görə ikinci olur, birinci isə futbolçunun fərdi bacarığı və məşqçinin insani keyfiyyətləridir”.
Oleq Bloxin (Ukrayna):
“Məşqçi – futbolçularına meydanda döyüşməyi, işgüzarlığı ilə düşünməyi öyrətməlidir. Peşəkar olmayan futbolçu peşəkarlıqdan danışa bilməz və tarix yazıb onda iz qoya bilməz”.
Oleq Romantsev
Oleq Romantsev (Rusiya):
“Məşqçi – çox da açıq, düz olmamalıdır, bir qədər diplomat olmalı, bəzən isə uçurumda olanları qurtarmalıdır. Hər şeydən əvvəl insanlarla davranışında onları başa düşməlidir”.
Rinus Mihels (Hollandiya):
“Məşqçi – zövqlü oyun oynamağı, məzmunlu, nəticəli sonuc qazanmağı, oyunda mədəni, intizamlı və qənaətcil enerji sərf etməyi futbolçusuna aşılamalıdır”.
Ruslan Abdullayev (Azərbaycan):
“Məşqçi – yetirmələrinə gördüyü işə, qabiliyyətə və qazandığı bacarığın artım səviyyəsinə görə qiymət verməlidir”.
Yohan Kroyff (Hollandiya):
“Məşqçi – güclü rejissor olmalı və bunları bilməlidi: yaxşı oynamaq demək bütün hərəkətləri düzgün icra etməkdi”.
Valeri Lobanovski
Valeri Lobanovski (Ukrayna):
“Məşqçi – hər bir futbolçunun istedadından qabiliyyətli icraçıya, bir fərddən kollektivə çevirməyi, sahib olduğu ehtiyat imkanlarından tam istifadə etməyi bacarmağı təlim etməklə şüurlu olaraq ona bunu qavramağı da öyrətməlidir. Ona görə ki, hər istedad xərclənmiş bir xəzinədir və onun açarı məşqçidir”.